Qırğızıstandan Azərbaycana 100 yak gətirilib.
911.info.az xəbər verir ki, vəhşi təbiətin reintroduksiyası layihəsi çərçivəsində Silk Way West Airlines Qırğızıstandan Azərbaycana 2000 kilometrdən çox məsafəyə 100 yakın daşınmasını təmin edib.
Bildirilir ki, sürü hava nəqliyyatı üzrə mütəxəssislər tərəfindən Bişkek Manas Beynəlxalq Hava Limanından Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdırılıb.
Qeyd edək ki, bu heyvanların daşınması Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında həyata keçirilib.