Ev İqtisadiyyat “Pandemiyadan sonra müsbət dinamikaya nail olmuşuq”-Mikayıl Cabbarov

“Pandemiyadan sonra müsbət dinamikaya nail olmuşuq”-Mikayıl Cabbarov

42

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayaq” mükafatının təqdimetmə mərasimində iştirak edib.

911.info.az xəbər verir ki, ölkə iqtisadiyyatı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirən nazir bildirib ki:

“Bu il ilk dəfə Azərbaycanın qeyri-neft ixracının illik dəyəri 3 milyard ABŞ dollarını ötəcək”.

Koronavirus  pandemiyasından sonra müsbət dinamikaya  nail olunduğunu vurğulayan Mikayıl Cabbarov  qeyd edib ki:

“Ölkə iqtisadiyyatı keçən il 5,4 % artıb, bu il oxşar rəqəmlərlə 4,8 % olub. Bu il 15 milyard manatdan çox vergi mədaxilini dekabrın 15-nə təmin etmişik”.

Həmçinin o, əlavə edib ki, İqtisadiyyat Nazirliyi 2023-cü ildə Naxçıvan Muxtar Respublikasındakı Prezidentin səlahiyyətli nümayəndəliyi ilə birgə digər dövlət qurumlarının və sahibkarların iştirakı ilə Naxçıvanda böyük tədbir keçirməyi planlaşdırır.

Əvvəlki məqaləSabaha olan hava proqnozu AÇIQLANDI
Növbəti məqalədəMessinin qaldığı otaq muzeyə çevriləcək