Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 4 minik avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Həmin avtomobillər Xankəndidən Laçın istiqamətinə hərəkət edib.
Aksiyanın keçirilməsi yolun humanitar məqsədlər üçün istifadəsinə mane olmur.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 18 gündür davam edir.