Müdafiə nazirinin müavini general-leytenant Nizam Osmanov Kəlbəcər rayonu ərazisində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.
911.info.az bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Bildirilir ki, Hərbi Polisin tabeliyindəki bölmənin yeni istifadəyə verilmiş yerləşmə məntəqəsi Müdafiə Nazirliyinin inşaat taborunun güc və vasitələri ilə müasir tələblər nəzərə alınmaqla inşa olunub.
Yerləşmə məntəqəsindəki qərargah, inzibati və xidməti iş otaqları mərkəzləşdirilmiş istilik sistemi, lazımi mebel və avadanlıqla təmin edilib, işıq, su və kommunikasiya xətləri çəkilib.
Burada silah otağı, yataqxana, yeməkxana, hamam-sanitar qovşağı, isitmə sobaları, eləcə də avtomobil texnikasının saxlanması üçün park mövcuddur.