Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya sülh prosesinə azərbaycanlı və erməni dostlarımızın maraq göstərdiyi formada və həcmdə hər cür yardım göstərir.
911.info.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ria Novostiyə müsahibəsində deyib.
O, həmçinin qeyd edib ki, “Rusiyan Ermənistan və Azərbaycanın yaxın aylarda sülh müqaviləsi imzalamasına ümid edirmi” sualını danışıqlar aparan tərəflərə, yəni Bakı və İrəvana ünvanlamaq daha məntiqlidir: “Məhz onlar təmasların dinamikasını təyin edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyən edirlər”.