“Ukrayna sülh təklifləri irəli sürür. Moskva isə buna cavab olaraq raket zərbələri ilə kritik enerji infrastrukturuna zərbələr endirir”
911.info.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken tviter hesabında yazıb.
Entoni Blinken əlavə edib ki, Rusiya Ukraynaya hücumlarını dayandırmalı, qoşunlarını geri çəkməli və sülh masası arxasına oturmalıdır.
Qeyd edək ki, dekabrın 29-da Rusiya ordusu Ukraynada genişmiqyaslı raket hücumları həyata keçirib. Nəticədə Kiyev şəhərində 3 mülki şəxs yaralanıb.