Ev Cəmiyyət Bir ailənin beş üzvi dəm qazından zəhərləndi

Bir ailənin beş üzvi dəm qazından zəhərləndi

60

Soyuq havaların özü ilə gətirdiyi problemlərdən biri də dəm qazı zəhərlənmələridir. Bərdədə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Hadisə rayonun Körpüqıran kəndində qeydə alınıb.

Belə ki, Körpüqıran kənd sakinləri – 2018-ci il təvəllüdlü Y.Həsənli, 1987-ci il təvəllüdlü Həsənova Asimə Ələkbər qızı, 2012-ci il təvəllüdlü M.Həsənli, 1957-ci il təvəllüdlü Həsənova Fatma Mətiş qızı və 1983-cü il təvəllüdlü Həsənov Aqil Azər oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Bərdə Rayon Polis İdarəsində araşdırma aparılır.

Əvvəlki məqaləSiyəzəndə mərmi AŞKARLANIB
Növbəti məqalədəABŞ-dən Rusiyaya növbəti xəbərdarlıq gəldi