Ev İdman Futbol əfsanəsi dünyasını dəyişdi

Futbol əfsanəsi dünyasını dəyişdi

43

Braziliya millisinin heyətində üç dəfə dünya çempionu olan, karyerası boyunca  1281 qol vuran Pele ötən gün 82 yaşında dünyasını dəyişdi.  

O, 1940-cı ildə Braziliyada  anadan olub. Bütün dövrlərin ən yaxşı futbolçularından biri olan Pele peşəkar debütünü 1956-cı ildə edib.

İki il sonra, o, 17 yaşında millinin forması ilə dünya çempionatında iştirak edib.

1970-ci ildə Meksikada keçirilən futbol üzrə Dünya Kuboku tarixdə ilk dəfə olaraq ekranlardan rəngli formatda yayımlandı. Məhz bu çempionatda Dünya Kubokunu qazanan Pelenin nüfuzu daha da möhkəmləndi.

.

Əvvəlki məqaləİlin son gününə olan hava proqnozu AÇIQLANDI
Növbəti məqalədəHesablama Palatasına yeni təyinat olub