Vüqar Emin oğlu İbrahimov Hesablama Palatasının auditoru vəzifəsinə təyin edilib.
911.info.az xəbər verir ki, onun namizədliyi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunaraq təsdiqlənib.
Qeyd edək ki, V.İbrahimov 2007-ci ildən Hesablama Palatasında çalışır, hazırda qurumun aparat rəhbəridir.