Ev Cəmiyyət İlin son gününə olan hava proqnozu AÇIQLANDI

İlin son gününə olan hava proqnozu AÇIQLANDI

48

Azərbaycanda 2022-ci ilin son gününə olan hava proqnozu açıqlanıb.

911.info.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən  məlumat verir ki, ümumilikdə  bayram günlərində ölkə ərazisində hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi üstünlük təşkil edəcək.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-13° isti, aran rayonlarında 13°-dək isti, dağlıq rayonlarda 2°- şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 31-i Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı, mülayim cənub küləyinin əsəcəyi, küləyin sürətinin 8-13 m/s olacağı gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti təşkil edəcək.

Əvvəlki məqaləBoyan Krkiç yaponlardan ayrıldı
Növbəti məqalədəFutbol əfsanəsi dünyasını dəyişdi