Ev Hərbi Laçın rayonunda yeni hərbi obyektlər istifadəyə verilib

Laçın rayonunda yeni hərbi obyektlər istifadəyə verilib

53

Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

911.info.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Laçın rayonu ərazisində yeni inşa edilmiş yerləşmə məntəqələri istifadəyə verilib.

Bildirilir ki, müdafiə nazirinin müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev Laçında yerləşən bir neçə döyüş mövqeyini və yeni istifadəyə verilmiş məntəqələri ziyarət ediblər.

Qeyd edək ki, sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir müavinləri onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndiriblər.

Əvvəlki məqaləLiverpul daha bir önəmli transferə imza atdı
Növbəti məqalədəSiyəzəndə mərmi AŞKARLANIB