Ev İqtisadiyyat Prezident Dövlət Neft Fondu ilə bağlı fərman imzalayıb

Prezident Dövlət Neft Fondu ilə bağlı fərman imzalayıb

50

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında fərman imzalayıb. 

911.info.az bu barədə Prezident.az saytına istinad edir.

Fərman Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə imzalanıb. 

Sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin gəlirləri 8 milyard 990 milyon 947 min 200 manat, xərcləri isə 11 milyard 392 milyon 336 min 500 manat məbləğində təsdiq edilib.

Əvvəlki məqaləHesablama Palatasına yeni təyinat olub
Növbəti məqalədəİşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə müavinət veriləcək