Ev Cəmiyyət Siyəzəndə mərmi AŞKARLANIB

Siyəzəndə mərmi AŞKARLANIB

40

Siyəzən rayonu, Qalaşıxı kəndi ərazisində hərbi sursatın aşkarlanıb

911.info.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Daxil olan məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb edilib.

Bildirilir ki, hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı 1 ədəd döyüş başlıqlı 73mm-lik top mərmisi aşkar edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Əvvəlki məqaləLaçın rayonunda yeni hərbi obyektlər istifadəyə verilib
Növbəti məqalədəBir ailənin beş üzvi dəm qazından zəhərləndi