Ev İqtisadiyyat Azərbaycan daha bir Avropa ölkəsinə qaz nəqlinə başladı

Azərbaycan daha bir Avropa ölkəsinə qaz nəqlinə başladı

59

16 dekabr 2022-ci il tarixində SOCAR və Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında  imzalanmış müqaviləyə əsasən, yanvarın 1-dən Rumıniya Azərbaycan qazını almağa başlayıb.

Məlumata görə, razılaşma təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru  vasitəsilə planlı nəqlini nəzərdə tutur.

Azərbaycan qazının Rumıniyaya tədarükü üzrə müqavilə aprelin 1-dək 300 milyon kubmetr mavi yanacağın vurulmasını nəzərdə tutur.

Əvvəlki məqaləKabildə baş verən partlayışda 10 nəfər dünyasını dəyişdi
Növbəti məqalədəİcra başçısı şəhid ailələri ilə görüşdü