Filippində güclü yağışların yağması nəticəsində yaranan daşqınlarda 49 nəfər həyatini itirib.
911.info.az Tass-a istinadən xəbər verir ki, 22 nəfər itkin düşdüyü
daşqınlar respublikanın 10 rayonunda 553,9 mindən çox insana ziyan vurub.
Məlumata görə, hazırda 51,4 min məcburi köçkün 93 təxliyə məntəqəsində yerləşdirilib. Onlardan 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Təbii fəlakət 4,5 min evə 54,8 milyon peso (985,8 min ABŞ dolları) məbləğində ziyan vurub. 95 infrastruktur obyektinə dəyən ziyan 1,13 milyard peso (20,4 milyon dollar), kənd təsərrüfatına 245 milyon peso (4,4 milyon dollar) dəyərində qiymətləndirilir. 138 yol və 14 körpü zədələnib, 19 dəniz limanının işi dayandırılıb. 63 şəhərdə elektrik enerjisi kəsilib, 62 şəhərdə isə artıq bərpa edilib.