Ev Dünya Ukrayna Yeni ili atəş sədaları ilə qarşıladı

Ukrayna Yeni ili atəş sədaları ilə qarşıladı

33

Rusiya yeni il gecəsi Ukraynada “atəşfəşanlıq” edib. 2023-cü ilin ilk saatlarında Ukraynaya genişmiqyaslı hücumlar təşkil olunub. Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın İran istehsalı olan 13 “Şahed-136” PUA-sını məhv edib. 

911.info.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, ötən gecə Rusiya qoşunları Ukraynaya 31 raket və 12 aviasiya endirib. Bundan başqa, reaktiv yaylım atəş sistemi ilə 70-dən artıq atəş açılıb. 

Məlumata görə, hücum nəticəsində Çerniqov, Sum, Kiyev, Xmelnitski, Donetsk, Nikolayev və Xerson vilayətlərində mülki infrastruktura ziyan dəyib.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bildirib ki, Xəzər dənizindən atılan 20-dən çox qanadlı raketin 12-si məhv edilib. Bu hücum nəticəsində 7 nəfər yaralanıb.

Əvvəlki məqaləİşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə müavinət veriləcək
Növbəti məqalədəBakıda ağır qəza baş verdi, beş nəfər öldü