Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
Şəhid generalın 48-ci doğum günündə onu İkinci Şəhidlər xiyabanında ailəsi, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri ehtiramla anıb.
Polad Həşimov başda olmaqla bütün şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edək ki, Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyev general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.