“Enerji xərcləri yüksək olaraq qalacaq”.
Bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner xarici mətbuata müsahibəsində deyib.
“Mayeləşdirilmiş qaz logistik səbəblərə görə Rusiya boru kəməri qazından bahadır. Qiymət səviyyəsi Rusiyadan tədarüklə müqayisədə yüksək olaraq qalacaq, lakin dağıdıcı olmayacaq” – nazir bildirib.
K. Lindner həmçinin ölkədə şist qazının hasilatına qoyulan qadağanı aradan qaldırmağa çağırıb.
O qeyd edib ki, Almaniya öz neft və qaz ehtiyatlarından istifadə etməlidir.