Avstraliyanın şərq sahillərində, Qold-Kost şəhəri yaxınlığında iki helikopterin toqquşması nəticəsində 4 nəfər ölüb, ən azı 13 nəfər yaralanıb.
911.info.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Toqquşma Brisben şəhərindən cənubda, Qızıl Sahildə yerləşən Meyn-Biç məşhur turist zolağı yaxınlığında baş verib.