ABŞ-ın “Global Firepower” saytı 2022-ci ildə ən yüksək hərbi gücə malik ölkələrini müəyyənləşdirib.
Siyahı hazırlanarkən ölkə ordularının texnoloji inkişafı, insan resursu, uzun müddət meydanda qalma və hərəkət qabiliyyətləri kimi xüsusiyyətləri nəzərə alınıb.
İlk üçlükdə ABŞ, Rusiya və Çin qərarlaşarkən, qardaş ölkə Türkiyə 13-cü, Azərbaycan 63-cü, Ermənistan isə axırdan 3-cü sırada yer alıb.