“Bu il dünya iqtisadiyyatının əksəriyyəti üçün çətin olacaq, Avropa İttifaqı ölkələrinin yarısı Ukrayna münaqişəsi səbəbindən tənəzzülə doğru gedəcək”.
911.info.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva öz müsahibəsində deyib.
“Bunu 2023-cü ildə görəcəyik. Dünya iqtisadiyyatının çox hissəsi üçün bu, geridə qoyduğumuz ildən daha çətin, daha çətin il olacaq. Niyə? Çünki ABŞ, Aİ və Çinin iqtisadiyyatının artım templəri yavaşlayır”,-deyə Fondun direktoru vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatdan çox ciddi zərər çəkiblər: “Gələn il Avropa İttifaqının yarısı tənəzzülə uğrayacaq”.