Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycanın bölgələri üzrə vətəndaş qəbuluna davam edir.
911.info.az DİN-in mətbuat xidmətinə istinadən məlumat verir ki,nazir tərəfindən cari il yanvar ayının 26-da Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Qeyd edək ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 25.01.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.