Ev Dünya ”Görüntü xatirinə keçirilən sammit Koreya yarımadasında sülhə kömək edəcəkmi?” – Cənubi Koreya Prezidenti

”Görüntü xatirinə keçirilən sammit Koreya yarımadasında sülhə kömək edəcəkmi?” – Cənubi Koreya Prezidenti

36

“İlk növbədə humanitar məsələlərdən başlamalıyıq, Cənub və Şimal arasında təmaslara və dialoqa qapı açmalıyıq”.

911.info.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Yun Sok-Yol deyib.

O, Şimali Koreya lideri Kim Çen Inla sammit keçirməyə hazır olduğunu açıqlayıb.

“Müəyyən sayda müzakirələr aparılmalı, istiqamət müəyyən edilməlidir. Yalnız bu formada sammit faydalı nəticələr verə bilər ki, biz bu barədə xalqa və qonşu ölkələrə məlumat verə bilərik. Sammitdən imtina etmək üçün heç bir səbəb yoxdur, amma görüntü xatirinə keçirilən sammit Koreya yarımadasında sülhə kömək edəcəkmi?” – Yun qeyd edib.

Əvvəlki məqaləUlduz futbolçu Əl-Nasirin tərkibində sahəyə çıxacaq
Növbəti məqalədəSabaha olan hava şəraiti AÇIQLANIB