Ev Hərbi Müdafiə naziri bir neçə hərbi hissənin döyüş hazırlığını yoxlayıb

Müdafiə naziri bir neçə hərbi hissənin döyüş hazırlığını yoxlayıb

53

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunların tank və artilleriya hərbi hissələrində olub.
Müdafiə naziri burada şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət edərək önünə gül dəstələri qoyub.

911.info.az bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Daha sonra hərbi hissələrin silahlanmasında olan tank və artilleriya qurğularına baxış keçirilib, döyüş heyətlərinin nəzəri və praktiki bilikləri, habelə döyüş hazırlığı yoxlanılıb.

General-polkovnik Z.Həsənov hərbi hissənin simulyasiya mərkəzinin tədris-maddi bazası ilə tanış olub, müvafiq göstərişlər verib.

Sonra Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) hərbi hissəsinə gəlib.
PUA-lara baxış keçirən müdafiə naziri onların texniki vəziyyəti ilə maraqlanıb, heyətlərin hazırlıq səviyyəsini yoxlayıb.

General-polkovnik Z.Həsənov hərbi hissələrdə yaradılan şəraitlə tanış olub, şəxsi heyətin xidməti və sosial qayğıları ilə maraqlanıb, onlara 2023-cü ildə xidmətlərində uğurlar arzulayıb.

Əvvəlki məqaləAlmaniyalı nazirdən enerji xərcləri ilə bağlı açıqlama
Növbəti məqalədəCeyhun Bayramov BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə telefonla danışıb