Donetskdə gedən şiddətli döyüşlərdə Ukrayna Ali Radasının sabiq deputatı Mixail Qavrilyuk həlak olub.
911.info.az bu barədə Ura.news-a istinad edir.
44 yaşlı Mixail Qavrilyukun öldürülməsi Ukrayna Müdafiə Nazirliyi tərəfindən təsdiq olunub.
Qeyd edək ki, Mixail Qavrilyuk 2014-cü ildə Ukraynada “Maydan” hərəkatının əsas təşkilatçılarından biri olmuşdu.