Ev Dünya Türkiyə 2022-ci ilin ixracat göstəricisi ilə ölkə tarixində rekord nəticə nümayiş etdirdi

Türkiyə 2022-ci ilin ixracat göstəricisi ilə ölkə tarixində rekord nəticə nümayiş etdirdi

120

“2022-ci ildə Türkiyənin ixracatı bir il əvvəllə müqayisədə 12,9% artaraq 254,2 milyard dollara çatıb ki, bu da ölkə tarixində rekord göstəricidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkiyənin 2022-ci il üçün xarici ticarət göstəriciləri ilə bağlı keçirilən tədbirdə deyib.

“Son 20 il ərzində biz ölkənin inkişafı üçün fəal addımlar atırıq. Türkiyənin bu gün ixracı elə bir səviyyədədir ki, onun artımını Rusiya və Ukrayna arasındakı müharibə kimi qeyri-müəyyənliklər və maneələr, habelə energetika və xammal sferalarındakı böhranlar dayandıra bilməz”, – o bildirib.

Ərdoğan qeyd edib ki, 2022-ci ilin üçüncü rübündə Türkiyənin ÜDM artımı 6,2%-ə çatıb.

Bundan əlavə, Ərdoğan qeyd edib ki, Türkiyənin 2023-cü il üçün tibbi xidmətlər, eləcə də informasiya texnologiyaları sahəsində ixrac hədəfi 5 milyard dollar səviyyəsində müəyyən edilib.

Əvvəlki məqaləAvstraliyada iki helikopter havada toqquşdu
Növbəti məqalədəSon sutkada 19 nəfər koronavirusa yoluxub