Ev Dünya Ukrayna işğal olunan ərazilərin 40%-ni azad etdi

Ukrayna işğal olunan ərazilərin 40%-ni azad etdi

120

Rusiya-Ukrayna müharibəsinin fevralda bir ili tamam olacaq. Bu müddət ərzində Rusiya tərəfindən işğal olunan ərazilərinin 40 %-i azad edilib.

911.info.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ilin yekunlarına dair teleqramda yazıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri fevralın 24-dən bəri işğal olunmuş ərazilərin 40 %-ni və ya 40 min kvadratkilometr ərazini azad edib. Bu, Krım da daxil olmaqla, Rusiya qüvvələrinin işğal etdiyi bütün ərazilərin 28 %-ni təşkil edir.

V. Zalujnı vurğulayıb ki, Ukrayna Ordusu 1 500 km-lik aktiv cəbhə xətti də daxil olmaqla 3 786 kilometrlik quruda düşmənin qarşısını alır. Bundan başqa, 2022-ci il ərzində Ukrayna Silahlı Qüvvələri 100 mindən çox Rusiya hərbçisini, 3 min tankı, 6 min zirehli texnikasını, 2 min artilleriya sistemini, 420 reaktiv yaylım atəş sistemini, 300-ə yaxın döyüş təyyarəsini və 270 helikopteri məhv edib.

Əvvəlki məqaləXəzərdə zəlzələ olub
Növbəti məqalədəƏhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 milyardı keçdi