Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin sayını açıqlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 107 440 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 031 tank, 6 093 zirehli maşın, 2 027 artilleriya sistemi, 423 reaktiv yaylım atəşi sistemi, 213 hava hücumundan müdafiə sistemi, 283 təyyarə, 269 helikopter, 1 836 PUA, 723 qanadlı raket, 16 gəmi/qayıq, 4 725 avtomobil texnikası və avtosistern, 181 xüsusi texnikadan ibarətdir.