Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu məşhur futbolçuların transferini davam etdirir. Son olaraq Kriştiano Ronaldonun transferi ilə adından söz etdirən klub, futbolçunun debüt oyununun vaxtı haqda məlumat verib.
Məlumata görə, 38 yaşlı ulduz futbolçunun ilk oyunu yanvarın 5-də gözlənilir. Ronaldo bu gün Ər-Riyada yollanaraq komanda ilə birlikdə məşqlərə qoşulacaq.
Qeyd edək ki, Ronaldo “Əl-Nəsr”lə ikiillik müqavilə imzalayıb.