Almaniyada qaçqın yataqxanasında baş verən davada Azərbaycan vətəndaşı bıçaqlanıb.
911.info.az bu barədə alman mətbuatına istinadən məlumat verir.
Belə ki, hadisə Bielefeldəki sığınacaq axtaranların müvəqqəti məskunlaşdığı yataqxanalardan birində qeydə alınıb.
Məlumata görə, İran və Somali vətəndaşı əlbəyaxa dava edərkən onları sakitləşdirmək istəyən Azərbaycan vətəndaşı, 31 yaşlı Samir Orucov mətbəx bıçağı ilə vurulub.
Bielefeld polisindən bildirilib ki, İran və Somali vətəndaşları saxlanılıb. Onlar barəsində cinayət işi açılıb.