Sabirabad Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Məntəqəsində saxlanılan şəxs intihar edib.
911.info.az bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinad edir.
Bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum olunan 1984-cü il təvəllüdlü Əli Hüseynov məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə təqsirli bilinərək 2 aylıq həbs cəzası alıb.
O, özünü şalvarının lifindən hazırladığı iplə boğub.
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibbi ekspertizası təyin edilib, ilkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.