Ev Cəmiyyət Qaxda ağac kəsimi ölümlə nəticələndi

Qaxda ağac kəsimi ölümlə nəticələndi

53

Qaxda ağac kəsimi ölümlə  nəticələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb.

Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləAzərbaycan vətəndaşı Almaniyada bıçaqlandı
Növbəti məqalədəAzərbaycanda ətin qiyməti qalxdı