Ev Cəmiyyət Yanacaqdaşıyan avtomobil partladı

Yanacaqdaşıyan avtomobil partladı

57

Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobil yanıb.

911.info.az bu barədə FHN-ə istinadən məlumat verir.

Bildirilir ki, yanğının baş verməsinə səbəb “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin hərəkətdə olan “KamAZ” markalı yük maşını ilə toqquşmasıdır. Bu toqquşmadan sonra “Opel” markalı nəqliyyat vasitəsi “Mercedes”ə çırpılıb.

Nəticədə  “Mercedes” markalı avtomobilin sürücüsü partlayış nəticəsində dünyasını dəyişib.

“Opel” tamamilə kül olub. Avtomobildə olan 2 nəfər şəhər xəstəxanasına aparılıb.

Əvvəlki məqaləSabaha olan hava proqnozu açıqlandı
Növbəti məqalədəSərhəddi keçmək istəyən xarici vətəndaş saxlanıldı