Avropada qazın 1000 kubmetrinin qiyməti bir gündə 3%-dən çox azalıb.
Bu eniş London ICE birjasında 2021-ci ildən bəri ilk dəfə qeydə alınıb.
Məlumata görə, buna əsas səbəb kimi Avropada havaların isti keçməsi göstərilir.
“Aİ ölkələrinin əksəriyyətində temperatur iqlim göstəricilərindən yüksək olaraq qalır ki, bu da nəinki anbarlardan qazın çıxarılmasının azalmasına səbəb olub. Bundan əlavə, Aİ-nin elektrik enerjisi istehsalında küləyin payı 20% və ya daha yüksək həddə sabit qalmaqda davam edir”- deyə Rusiya mediasında bildirilib.