Böyük Britaniyanın Baş naziri Rişi Sunak 2023-cü ildə ölkədə inflyasiyanı iki dəfə azaldacağına söz verib.
Bu barədə TASS məlumat yayıb.
Hökumət başçısı qanunsuz miqrantlarla bağlı problemi həll edəcək yeni qanunlar qəbul ediləcəyini bildirib.
O, həmçinin vurğulayıb ki, hakim Mühafizəkarlar Partiyası iqtisadiyyatın inkişafına, dövlət borcunun azaldılmasına, Milli Səhiyyə Sisteminin fəaliyyətinin yaxşılaşdırılmasına, həmçinin qanunvericiliyə dəyişikliklərin edilməsinə diqqət yetirəcək.