Ev Dünya Ermənistanda donuz qripindən 2 nəfər ölüb

Ermənistanda donuz qripindən 2 nəfər ölüb

103

Ermənistanda 2 nəfər donuz qripindən ölüb.

Bu barədə “Sputnik Armenia” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

Qeyd olunub ki, pnevmaniya diaqnozu ilə 209 nəfər xəstəxanaya yerləşdirilib: “Onların 127-si, yəni 60 faizi uşaqdır. 55 nəfər reanimasiyadadır. Reanimasiyada olanların isə 47-si uşaqdır”.

Məlumata görə, həmçinin respirator virusa yoluxmuş 584 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.

Əvvəlki məqaləSomalidə partlayış: 35 nəfər həlak oldu
Növbəti məqalədəNaftalanda sahibkar özünü güllələdi