Gürcüstanda vətəndaşlar ölkənin eks-prezidenti Mixail Saakaşvilinin müalicə olunmaq üçün azadlığa buraxılmasını tələb edirlər.
Saakaşvili tərəfdarları ölkənin böyük şəhərlərində, o cümlədən Tiflisdə aksiya keçiriblər.
Mitinqdə müxalif Vahid Milli Hərəkat Partiyasının liderləri, o cümlədən partiyanın sədri Nika Melia iştirak edir. Mitinq iştirakçıları əllərində Vivamed klinikasında olan Saakaşvilinin azad edilməsi tələblərinin yazılı olduğu plakatlar tutublar.
Onların sözlərinə görə, eks-prezidentin vəziyyəti o qədər ağırdır ki, səlahiyyətlilər onu tez bir zamanda xaricə buraxmasa, ölə bilər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində növbə çəkir, aksiya dinc şəraitdə keçirilir.