Ev Dünya İranlı şahmatçı dünya çempionatına hicabsız qatıldı

İranlı şahmatçı dünya çempionatına hicabsız qatıldı

35

İranlı şahmatçı öz ölkəsinin sərt dress-koduna  zidd olaraq Almatıda keçirilən çempionatda başıaçıq çıxış edib.

911.info.az xarici mətbuata istinadən xəbər verir ki, Almatıda keçirilən şahmatın rapid və blits növü üzrə dünya çempionatında başıaçıq çıxış edən şahmatçı Sara Xadem Iranı həmişəlik tərk etmədiyini və lazım olanda öz vətəninə qayıdacağını bildirib.

 “Qaçqın olduğum barədə söz-söhbətlər yayılıb. Bunu açıqlamaq istəyirəm. Mən qaçqın deyiləm. Əslində buna ehtiyac yoxdur. Uzun illər öz sahəmdəki uğurlarım və həyat yoldaşım sayəsində heç vaxt sığınacaq sorğusu vasitəsilə yaşayış icazəsi almaq barədə narahatlıq keçirməmişəm. Bizim immiqrasiyamız ailə qərarıdır, siyasi mahiyyət daşımır. İran hələ də bizim ilk evimizdir və biz mütləq İrana lazımi vaxtda qayıdacağıq”, – deyə Sara Xadem bildirib.

Qeyd edək ki, İran rejimi Xademin bu addımını son üç ayda ölkədəki etirazlarla həmrəylik əlaməti olaraq dəyərləndirib. Bir neçə dəfə telefon hədəsi alan Xademin İranda olan qohumları və valideynləri də təhdidlərə məruz qalıblar.

Əvvəlki məqaləYevlax sakini ötən ilin son günlərində itkin düşüb
Növbəti məqalədəRonaldo Asiya missiyasına başladı