“Pilotsuz uçuş aparatlarının (PUA) müharibələrdə nə qədər önəmli olduğunu bütün dünya gördü. Xüsusilə Qarabağ və Ukraynada bu daha aydın nümayiş olundu”.
911.info.az Türkiyə mediasına istinadən məlumat verir ki, bu sözləri “Baykar” müdafiə sənayesi şirkətinin İdarə heyətinin sədri Selçuk Bayraktar deyib.
Onun sözlərinə görə, Türkiyənin səsdən sürətli pilotsuz qırıcı təyyarəsi “Baykar Kızılelma” bir sıra göstəricisinə görə ABŞ-ın beşinci nəsil F-35 qırıcısını üstələyəcək. S.Bayraktar bildirib ki, gələcəkdə klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində də iştirak edə biləcək: “Biz pilotsuz qırıcının səsdən sürətli versiyasını istehsal etməyi planlaşdırırıq. “Kızılelma” klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində istifadə edilə bilər. O, tam hazır olduqdan sonra bəzi göstəricilərinə görə F-35 qırıcı təyyarələrini üstələyəcək”
S.Bayraktar əlavə edib ki, “Kızılelma” pilotsuz uçuş aparatı F-35 qırıcısı kimi beşinci nəsil təyyarəsidir, lakin məsafədən idarə olunur: “Gələcəkdə bu PUA beşinci nəsil klassik aviasiya üçün çağırış olacaq”.