Fövqəladə Hallar Nazirliyi yanvarın 4-ü gecə saatlarında səhər saatlarına qədər olan müraciətlərlə bağlı xronikanı paylaşıb.
911.info.az FHN-ə istinadən məlulmat verir ki, bu müddət ərzində Bakı şəhərinin Yasamal və Sabunçu rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.
Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.