Naftalanda intihar hadisəsi baş verib.
911.info.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat verib.
Bildirilir ki, 63 yaşlı Firuz Qocayev odlu silahla özünü güllələyərək öldürüb.
Məlumata görə, o, rayon ərazisindəki sanatoriyalardan birinin sahibi olub.
İlkin məlumata görə F. Qocayev ov tüfəngi ilə intihar edib.
Fakla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.