Ev Siyasət Öz evlərindən 80 minlik oğurluq edən ev sakini saxlanıldı

Öz evlərindən 80 minlik oğurluq edən ev sakini saxlanıldı

65

Yanvarın 3-də günorta saatlarında Nərimanov rayonu N.Hacıyev küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 50 000 manat pul və 30 000 manat dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

911.info.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat  verir ki, polis əməkdaşlarının isti izlərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxsin ev sahibinin 2002-ci il təvəllüdlü oğlu olması müəyyən edilib.

Bildirilib ki, gənc oğurluq əməlini xüsusi və peşəkar oğrular tərəfindən törədilməsi görüntüsünü yaratmaq, iz itirmək məqsədilə filmlərdə gördüyü metod və vasitələrdən istifadə etməklə törədib.

O, törətdiyi oğurluq əməlini etiraf edib, talanan pul vəsaitinin bir hissəsini və qızıl əşyalarını gizlətdiyi yerdən çıxararaq istintaqa təqdim edib.

O, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Faklta bağlı araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə“Bakı Bulvarı”nda müştəriyə atəş açıldı
Növbəti məqalədəYevlax sakini ötən ilin son günlərində itkin düşüb