Somalinin Mahas şəhərində federal parlament üzvünün ofisinin qarşısında iki minalanmış avtomobilin partlaması nəticəsində azı 35 nəfər həlak olub.
Bu barədə “Somali Guardian” portalı məlumat yayıb.
Ölənlər arasında vəzifəli şəxslər də var.
Səlahiyyətlilər partlayışları “Əl-Şəbab” qruplaşmasının törətdiyi qənaətindədir.