Ev Dünya Türkiyəli deputatı öldürmək istəyən şəxslər saxlanılıb

Türkiyəli deputatı öldürmək istəyən şəxslər saxlanılıb

44

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili İbrahim Halil Yıldıza qarşı sui-qəsdin qarşısı alınıb.  

911.info.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sui-qəsdi planlayan şəxslər PKK\YPG terror qruplaşmasının üzvləridir.

Adları açıqlanmayan həmin şəxslər saxlanılıb və deputatı öldürməyi planlaşdırdıqlarını etiraf ediblər.

Türkiyə Böyük Millət Məclisində Şanlıurfanı təmsil edən İ.H.Yıldız bundan əvvəl də həyatına sui-qəsd cəhdlərinin olduğunu bildirib.

Əvvəlki məqaləAzərbaycanda ətin qiyməti qalxdı
Növbəti məqalədəDYP sürücülərə müraciət ünvanladı