“Kişilər işləyirlərsə, qadınların çalışmalarına ehtiyac qalmır, bu halda qadınlar üçün oxumaq şərt deyil”.
911.info.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Əfqanıstanın ali təhsil naziri Məhəmməd Neda Nadim deyib.
O, qeyd edib ki, universitetlərdə həm dini, həm də müasir elmlərin öyrənilməsi zəruridir.
Məhəmməd Nedanın müavini isə bəyan edib ki, Əfqanıstanın yeni tədris proqramı beynəlxalq standartlara cavab verəcək.
Qeyd edək ki, Məhəmməd Neda Nadim ali təhsil naziri postuna Taliban tərəfindən təyin olunub.