Ev İqtisadiyyat Azərbaycanda minumum əməkhaqqının məbləği artdı

Azərbaycanda minumum əməkhaqqının məbləği artdı

47

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb.

911.info.az xəbər verir ki, sərəncam ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə nəzərdə tutulmuşdur.

Sərəncamda qeyd edilir ki, son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır.

Sənədə əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat, əmək pensiyasının minimum məbləği isə 280 manat təşkil edəcək.

Əvvəlki məqaləXəzərdə çəlləklərə bərkidilmiş kisədə narkotik aşkarlandı
Növbəti məqalədəƏfqanıstanda qadınların ali təhsil almaqlarına qadağa qoyulur