Ev Cəmiyyət Havanın temperaturu kəskin dəyişəcək

Havanın temperaturu kəskin dəyişəcək

35

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 7-si axşamdan 8-i gündüzədək şimal-şərq küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, yanvarın 10-11-də gecə 2 dərəcəyədək şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. 

Əvvəlki məqaləAzərbaycan neftinin qiyməti ucuzlaşıb
Növbəti məqalədəİlham Əliyev və Mehriban Əliyeva Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar