Ev Dünya Pandemiya koronavirusun yeni ştamı ilə alovlana bilər

Pandemiya koronavirusun yeni ştamı ilə alovlana bilər

50

Koronavirusun mutasiyaya uğramış yeni forması “Omikron XBB.1.5” ştamı pandemiyanın növbəti dalğasına səbəb ola bilər.

911.info.az bu barədə xarici mətbuata istinad edir.

Məlumata görə, yeni “Super Variant” ştamı 29 ölkədə tapılıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove bəyan edib ki, təmsil etdiyi təşkilat yeni ştama yoluxanların sayının sürətlə artmasından narahatdır:

“Xüsusən də Avropanın bəzi hissələrində və ABŞ-ın şimal-şərqində, burada yeni ştam sürətlə digər dövriyyədə olan alt-variantları əvəz edib”.

Onun sözlərinə görə, ÜST yeni ştamı təhlil edir və yekun nəticə ictimaiyyətə açıqlanacaq.

Əvvəlki məqaləPolşa “Legiya”sında 2022-ci ilin antiqəhrəmanları sırasına onun da adı var
Növbəti məqalədəBMT Azərbaycan sülhməramlısını medalla təltif etdi