Ev İdman Polşa “Legiya”sında 2022-ci ilin antiqəhrəmanları sırasına onun da adı var

Polşa “Legiya”sında 2022-ci ilin antiqəhrəmanları sırasına onun da adı var

41

Azərbaycan millisinin futbolçusu Mahir Emreli sabiq klubu Polşa “Legiya”sında 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb.

Hazırda Xorvatiya təmsilçisi “Dinamo”nun (Zaqreb) formasını geyinən hücumçu Varşava klubunun azarkeşləri arasında aparılan səsvermə zamanı antiqəhrəman nominasiyasında ikinci yeri tutub.

Polşada olarkən azarkeşlərin hücumuna məruz qalan və bu üzdən komandanın düşərgəsinə qayıtmayan 25 yaşlı forvard itaətsizlik səbəbindən 2004 səs toplayıb. Bu baxımdan birinci yerdə klub idarəçiliyinə görə prezident Dariuş Mioduski tutub. O, 4156 səs yığıb.

Əvvəlki məqaləBritaniyanın Baş naziri ölkədə infilyasiyanı azaldacağına söz verib
Növbəti məqalədəPandemiya koronavirusun yeni ştamı ilə alovlana bilər