Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
911.info.az bu barədə Haber Global-a istinad edir.
Türkiyə Prezidenti Administrasiyasının yaydığı məlumata görə, söhbət əsnasında Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi, taxıl dəhlizilə bağlı məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün yardım və vasitəçilik vəzifəsini öz üzərinə götürməyə hazır olduqlarını bildirib.